Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əti səhv bişirirsiz, ona görə faydası olmur - Canan Karataydan qayda

  • 2022.10.26 15:05
  • 3521 Baxış
Əti səhv bişirirsiz, ona görə faydası olmur  - Canan Karataydan qayda

Tanınmış həkim Canan Karatay əti közləmə bişirməyi tövsiyə edir.

"Medicina" xəbər verir ki, əti düzgün bişirmədikdə faydalı maddələri itir.

Ət soyuducudan çıxarıldıqdan sonra bir müddət saxlanılmalı və manqalda bişirildikdən sonra ona duz səpilməlidir.

Tava kabablarında darçın və ya mixək istifadə edilə bilər. Qara istiot istənilən ətə yaxşı dad verir.

Saxsı qablarda ət az yağ əlavə edilərək vam odda heç bir su əlavə olunmadan, buraxdığı su çəkilənə qədər bişirilir. Ətin rəngi tündləşməməlidir.

Ət əgər tək bişirilirsə ona çox az isti su əlavə edilməlidir. Duzunu isə öncədən atmaq olmaz, çünkü duz onu sərtləşdirəcək.

Proteini artırmaq üçün ətə müxtəlif tərəvəzlər (kərəviz, kök, soğan, sarımsaq və.s.) əlavə edə bilərsiniz.

Ətlər sobada tərəvəzlə birgə bişirilərsə həm yumşaq olar, həm də vitaminlərini itirməz.

Ən düzgün bişirilməsi də yağsız sobada bişirməkdir.


Aygün Musayeva