Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ətdən imtina etmək infarkt və insulta səbəb olur

  • 2023.04.27 19:36
  • 2405 Baxış
Ətdən imtina etmək infarkt və insulta  səbəb olur
Ətdən tamamilə imtina B qrup vitaminlərinin ciddi defisitinə səbəb olur ki, bu da təhlükəli nəticələrə gətirib çıxarır.


“Medicina” xəbər verir ki, həkim – diyetoloq Marqarita Karalyovanın sözlərinə görə, bu imtina orqanizm üçün son dərəcə vacib olan qida maddələri çatışmazlığı riskini artırır.

“Söhbət B vitaminlərindən (B6, B12 və B9, aka fol turşusu) gedir, bu vitaminlər zülalla birləşərək bədən üçün tikinti materialı verir.

Eləcə də onlar çoxlu sayda biokimyəvi reaksiyaların həyata keçirilməsində, o cümlədən hematopoetik sistemin işləməsində və beynin funksiyalarında iştirak edir.

B vitaminlərinin çatışmazlığı ilə qanda homosistein səviyyəsinin artması fonunda ürək-damar xəstəliklərinin yaranması riski artır”.

Homosistein qan damarlarının daxili vəziyyətini göstərən bir analizdir.

Əgər homosistein yüksəkdirsə, qan laxtalanması, infarkt, insult, işemiya riski var deməkdir.

Hətta sağlam fiziki forma saxlayan vegetarianlar gənc yaşlarında ateroskleroz, insult və infarkt ola bilər.

Ona görə də insan üçün ətdən tam imtina yolverilməzdir.

Aygün Musayeva