Cücü dişləməsi sizə adi bir şey kimi gəlsə də, Patti Mallet adlı qadının həyatını kabusa çevirib.
Medicina.az xəbər verir ki, qadının bədəninə düşən ət yeyən bakteriya onun 10 dəfə əməliyyat keçirməsinə səbəb olub.
Mallet bildirib ki, bir gün səhər oyandığında əlini və ayağını tərpədə bilmədiyini müşahidə edib. "Nə baş verdiyini bilmirdim, niyə yerimdən qalxa bilmədiyimi də başa düşmürdüm” deyən Mallet boynunda qırmızımtıl ləkə və istilik olduğunu, həmin nahiyənin get-gedə böyüdüyünü görüb.
Bundan sonra xəstəxanaya aparılan xəstəni müayinə edən baş və boyun cərrahı doktor Cimmi Uayt onun ət yeyən bakteriya səbəbindən bu hala düşdüyünü qeyd edib.
Ət yeyən bakteriyaya yoluxmuş yalnız bir neçə xəstə gördüyünü deyən həkim bunları bildirib: "Nekrotizan fasiit adlandırılan bakteriya həyati təhlükəlidir və ilk 24-48 saat içərisində bu xəstələrə uyğun müalicəni tətbiq etmək vacibdir”.
Mütəxəssislər ət yeyən bakteriyanın daha artıq yayılmasının qarşısını almaq üçün Malleti əməliyyata salıb.
Lakin iki gün sonra bakteriyaların sağlam hüceyrələrə keçdiyini görən həkimlər qadını ikinci əməliyyata salıb.
Patti ümumilikdə 10 dəfə əməliyyat edilib və infeksiya kontrol altına alınıb.
ƏT YEYƏN BAKTERİYA DƏRİYƏ NƏDƏN DÜŞÜR?
• Cücü dişləməsi
• Yanıq, kəsik kimi yaralardan bakteriyaların dəri altına girməsi
• Dəniz suyu, çiy duzlu balıq və çiy dəniz məhsulları ilə yaraların təması
• Qarın bölgəsində olan yaralar, əməliyyat yaraları
• Çiy məhsullar.
MEDİCİNA.AZ