Amerikalı keçmiş peşəkar beyzbolçu Aleks Rodriqez gündəlik iş rejimi və pəhrizində etdiyi kiçik dəyişikliklərlə bir ayda 14 kilo arıqlayıb.
Medicina.a xəbər verir ki, sağlam və fit bir həyata nail olan beyzbolçu ət istehlakını azaltdıqdan sonra 14 kilo arıqladığını açıqlayıb.
O, əvvəllər 10 günlük müddətdə 7-8 gün ət istehlak edərkən bunu 2-3 günə saldığını deyib.Tərəvəz əsaslı pəhrizə üstünlük verdiyini bildirən Rodriqez yatmazdan əvvəl 40 dəqiqəlik gecə gəzintilərinə çıxdığını da qeyd edib.
Həftədə 5-6 dəfə idman zalına tərləmək üçün getdiyini, yoqa və meditasiyanı idman rutininə daxil etdiyini ifadə edən 48 yaşlı Rodriqez, "Kiçik dəyişikliklər böyük nəticələrə gətirib çıxardı. Heç vaxt özümü belə yaxşı hiss etməmişdim", - deyə bildirib.
Qeyd edək ki, o, 2016-cı ilin avqust ayında peşəkar beyzboldan təqaüdə çıxıb.
Tədqiqatlar göstərir ki, az ət istehlak edən insanların xərçəng riski daha azdır. 2022-ci ildə İngiltərədə 40-70 yaş arası 472 000 yetkin arasında aparılan bir araşdırma göstərdi ki, vegetarianların və veqanların xərçəng riski həftədə beş dəfə və ya daha çox orta hesabla ət istehlak edən insanlarla müqayisədə 14 faiz azdır.
Həddindən artıq ət, xüsusilə də qırmızı ət istehlakı ürək xəstəlikləri və xərçəng kimi sağlamlıq problemləri ilə əlaqəli olsa da, tərkibində dəmir, zülal və B12 vitamini olduğu üçün onu ölçülü şəkildə istehlak etmək tövsiyə olunur.
Aysel