Müğənni Samir Piriyev vegetarian olduğunu açıqlayıb.
"Medicina" xəbər verir ki, Türkiyədə yaşayan sənətçi bununla çox qorxularından azad olduğunu deyib.
"Türkiyədə yaşayan qonşum var, əvvəl Londonda yaşayırdı. Hər zaman mənə xəbərlər göndərirdi. Bir gecə yuxu gördüm, heyvanlar arasında idim. Səhər oyandım, qərar verdim. Mən hər şeydə səbəb axtaran insanam. Məndə qapalı yerdən qorxma var idi. Heyvan əti yeməyəndən sonra qorxum getdi. Kartof, lobya, tərəvəz, meyvə yeyirəm".
Xatırladaq ki, onun xanımı da ət yemir.
Aygün M