Yorğunluq, baş ağrısı, üşütmə, baş dönməsi, mədə problemi, ishal kimi problemlərin səbəbi bağırsağın düzgün fəaliyyət göstərməməsindən qaynaqlana bilər.
Bu isə birbaşa yeyilən qidalarla bağlıdır. Bu problem hətta qida zəhərlənməsi ilə nəticələnə bilər.
Medicina.az xəbər verir ki, gündəlik istifadə etdiyimiz qidaların keyfiyyətini görünüşünə baxaraq təyin etmək mümkündür.
Ət – parlaq rəngdə olmalıdır. Dərisində parçalanma, qan toplusu, çürümə göstəricisi olmamalıdır. Buzluqdan çıxartdığınız əti otaq temperaturunda deyil, soyuducunun aşağı gözünə qoyaraq buzunu əritməyə çalışın.
Toyuq – bütün halda almaq tövsiyə edilir. Çünki hissələrə ayrılmamış toyuq ətinin keyfiyyətini və təzəliyini anlamaq daha asandır. Əti diri olmalı, barmağınızı basdırdığınızda yaranan çuxur, geri götürdükdə o an düzəlməlidir.
Balıq – gözləri parlaq və ləkəsiz, pulcuqları isə diri olmalıdır. Qoxusu çox gəlməməlidir. Balığı kağıza bükərək saxlaya bilərsiniz. 1 gündən artıq soyuducuda saxlamayın.
Hazırladığınız yeməyin yeyəcəyiniz qədərini isidin. Çünki hər dəfə bütöv şəkildə isitsəniz yemək tez xarab olacaq.
Yumurta – iki-üç həftə soyuducuda saxlaya bilərsiniz. Yuyularaq saxlandıqda daha tez xarab olduğundan yuyulmamış formada soyuducuda saxlamaq məsləhətdir. Təmas etdikdən sonra isə mütləq şəkildə əllər yuyulmalıdır.
Hazır süd qabları – qapağı açıldıqdan somra 2-3 gün ərzində istifadə olunmalıdır.