Dünyada estetik əməliyyatlara müraciət edən qadınların sayı çoxaldıqca, həddən çox estetik əməliyyata müraciət edən qadınlar da az deyil. Lakin bəzi qadınlar var ki, onların estetik əməliyyat sevdası hamını heyrətləndirir.
Medicina.az xəbər verir ki, Almaniyada yaşayan Meri Maqdelin bu vaxta kimi etdirdiyi əməliyyatlara 150 min dollardan çox pul xərcləyib.
Bədəninin demək olar ki, hər bir nahiyəsində estetik əməliyyat etdirmiş Maqdelinən sonuncu əməliyyatında Ancelina Cölinin dodaqlarından düzəltdirmək istəyib. Onun sosial şəbəkədə paylaşdığı foto isə görənləri şok edib.
Bu əməliyyatlarla xoşbəxt olduğunu deyən Maqdelin "14 yaşımdan bura estetik əməliyyat etdirmək istəyirdim” deyib.