Almaniyada yaşayan Beyhan.T adlı qadının gözəlləşmək istəyi pis nəticələnib. Belə ki, o keçirdiyi əməliyyatdan sonra tanınmaz hala düşüb.
Medicina.az xəbər verir ki, qadın estetik əməliyyat üçün araşdırma edib və bunun üçün Türkiyəyə gəlib. İstanbuldakı bir xəstəxanaya müraciət edən Beyhan, həkimə qarın dərisinin dartılması (abdominoplastika), sinə böyütmə, liposaksiya (piy sovurma əməliyyatı), burunun estetik əməliyyatı və dodaqlarını şişirtmək istədiyini bildirib. Bütün bunlar üçün o 6 min, 5 yüz avroluq pul ödəyib.
Əməliyyatdan on gün sonra qadının dodaqları və üzü şişməyə başlayıb. Almaniyada müayinə olunan Beyhana buna səbəbin əməliyyat olduğunu deyiblər. İstanbuldakı həkimi T.Ş isə müayinə üçün onu yanına çağırıb. Burada xəstəxanada qalan qadına kortizon həbləri verilib.
Bundan sonra yenidən Almaniyaya dönən qadının halı dah da pisləşməyə başlayıb. Almaniyadakı ikinci müayinədən sonra ona infeksiya düşdüyü müəyyən olub. Beyhan üzündəki iltihabların təmizlənməsi üçün 3 dəfə əməliyyat olunub. Lakin üzündə qalıcı izlər olduğu üçün işdən çıxmağa məcbur olub. Bundan başqa onun burun estetiki pozulub, qarnında sallanmalar əmələ gəlib, sağ döşündə ağrılar yaranıb.
2 ay psixoloji dəstək alan qadın indi İstanbuldakı həkimə təzminat davası açıb. O həkimdən 50 min lirəsi mənəvi təzminat tələb edir.
Həkimisə bildirib ki, o qadına kömək olmaq üçün əlindən gələni edib. O, ilk dəfədir ki, insanın öz toxumalarına belə əks reaksiya verməsinin şahidi olduğunu bildirib.