Espresso üsulu ilə hazırlanmış məşhur qəhvə kişi sağlamlığı üçün ziyanlıdır.
Bakupost.az xəbər verir ki, bu qəhvə qanda xolesterini artırır.
Qəhvədə olan təbii 2 maddə - kafestol və kaveol qanda xolesterini yüksəldə bilir.
Lakin Norveç alimləri bu effektin qəhvənin hazırlanmasından asılı olduğunu bildirir.
Onlar 21 min nəfər norveçli sakinin tibbi məlumatlarını araşdırıb.
Bunlar 56 yaşa qədər kişi və qadınlar idi.
Onlar gündə nə qədər hansı qəhvədən içdiklərinin 2 il ərzində qeyd ediblər.
Sonra onların qan analizləri yoxlanılıb.
Analizlər göstərib ki, espresso içənlərin qanında xolesterin daha çoxdur.
Gnüdə 3-5 fincan qəhvə içən qadınların qanında xolesterin 0,09 mmol, kişilərdə isə 0,16 mmol olub.
Frenç-press üsulunda hazırlanan qəhvədən 5-6 və daha çox fincan içən hər iki cinsdə xolesterin eyni səviyyədə yüksəlib.
Filtrdən keçirilmiş qəhvə isə yalnız qadınlarda xolesterini yüksəldib.
Bu təsir gündə içilən miqdardan da asılıdır. Gündə 1-2 fincan təhlükəsizdir.
Aygün Musayeva
BakuPost