Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əsl zeytun yağını necə tanıyaq?

  • 2018.12.02 12:23
  • 19537 Baxış
Əsl zeytun yağını necə tanıyaq?
Zeytunun əzilib sıxılması və qara su adlanan hissəsinin ayrılması nəticəsində yağ əmələ gəlir. Zeytun yağı tamamilə fiziki üsullarla istehsal olunur və burada heç bir kimyəvi vasitədən istifadə edilmir.


Medicina.az xəbər verir ki, sızma üsulla əldə olunan, yəni rafinə edilməmiş zeytun yağının bir çox üstünlükləri var.


Yeməklərə və salatlara digər yağların çox tökülməsi orqanizmdə xolesterinin səviyyəsini yüksəldir. Bunun tərsi olaraq zeytun yağının istifadəsi yüksək xolesterini aşağı salır.


Başqa yağların çoxluğu mədədə qıcqırmaya səbəb olduğu halda zeytun yağı yüksək turşuluğu azaldır.


Zeytun yağını çox yedikcə öd və böyrəkdə olan daşlar tədricən əriyir.


Başqa yağlardan fərqli olaraq zeytun yağı heç vaxt piylənmə və kökəlməyə səbəb olmur.


Əsl zeytun yağı soyuducunun buzxanasında kərə yağı kimi bərkiyir.

 

Картинки по запросу zeytin yağı 

Günəş şüaları altında bütün bədəni zeytun yağı ilə yağlayıb ən azı bir saat gözlədikdən sonra dəri yumşalır və elastikləşir.


Dırnaqlar tez-tez sındıqda, saç öz parlaqlığını və canlılığını itirdikdə, dəri isə elastiki olmayanda zeytun yağından çox istifadə etmək məsləhətdir. Bu zaman dəri parlaqlaşır və sellülit yaranmır.


Başqa yağları udanda boğazda az da olsa qıcıqlanma əmələ gəlir, zeytun yağı isə heç vaxt qıcıqlanmaya səbəb olmur.


Laktasiya zamanı süd vəzində əmələ gələn çatlaqların qarşısını almaq üçün zeytun yağı əvəzolunmazdır.


Bu yağ sümükləri bərkidir və əzələləri qıc olmaqdan qoruyur.