Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Eşitmə qabiliyyəti gen müalicəsi ilə bərpa edildi - Dünyada ilk

  • 2024.05.10 12:32
  • 984 Baxış
Eşitmə qabiliyyəti gen müalicəsi ilə bərpa edildi -  Dünyada ilk
İngiltərədə anadangəlmə eşitmə qabiliyyəti olmayan qız uşağı yeni gen müalicəsi sayəsində cihaza ehtiyac duymadan eşitməyə başlayıb.

Medicina.az xəbər verir ki, yeni müalicə üsulu doğuşdan eşitmə qabiliyyəti olmayan Opal Sendi adlı körpədə dünyada ilk dəfə sınaqdan keçirilib.

Körpədə daxili qulaqdan beyinə gedən sinir impulslarını pozan nasaz gen eşitmə neyropatiyasına səbəb olduğu üçün o, eşitmə qabiliyyətindən məhrum halda dünyaya gəlib.

Ancaq cəmi 16 dəqiqə çəkən prosedurla bu problem aradan qaldırılıb. Bunun üçün uşaqdakı nasaz genin normal nüsxəsini ehtiva edən peyvənd də vurulub. Qulağa gen infuziyası tətbiq edilərək uşağın irsi karlığa səbəb olan zədələnmiş DNT-si dəyişdirilib.

Bir yaşından öncə tətbiq edilən müalicə altı ay sonra nəticə verib. 18 aylıq körpə indi demək olar ki, mükəmməl eşidir.
Sendi hətta pıçıltıları da eşidə, "ana" və "ata" kimi sözləri deyə bilir. Onun valideynləri bunun ağlasığmaz olduğunu deyirlər.

Qeyd edək ki, uşaqlarda eşitmə itkisi hallarının yarıdan çoxunda genetik səbəblər rol oynayır.


Aysel