Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əsəbi adamı quzu kimi sakit edən bitki- TƏBİİ ANTİDEPRESSANT

  • 2021.01.26 15:51
  • 13042 Baxış
Əsəbi adamı quzu kimi sakit edən bitki - TƏBİİ ANTİDEPRESSANT

Depressiya, təşviş pozuntusu, əsəb gərginliyi keçirən, həyatdan zövq almayan insanlarda beyində serotonin hormonunun miqdarını artırmaq, yəni bir növ insanı süni yollarla xoşbəxt hisslər keçirməyə sövq edən antidepressantlar adlı preparat yazılır.


Medicina.az xəbər verir ki, əgər siz də bu həddə çatmısızsa, antidepressant qəbuluna keçməzdən öncə bu bitkinin dəmləməsi və məhlulunu içməyi sınayasız.

Adi dazı otu (zveroboy) adlı bu dərman bitkisi hələ İbn Sina, Hippokrat tərəfindən nevralgiyaların müalicəsində istifadə olunurdu.

Antidepressant təsiri ilk dəfə 1652- ci ildə Nikols tərəfindən icad edilib və bu ot tərkibli vasitələr antidepressant kimi tətbiq olunub.

Bitkinin aktiv maddəsi hiperisindir, serotonini aktivləşdirir. Qanda serotonin artdıqda, əhval qalxır, qəm-qüssə dağılır, insan yaşamaq eşqi ilə alışır, yuxusu normallaşır. Elə hazırda da bir çox damcı və dərmanların tərkibində dazıotu var.


Təbii antidepressant kimi necə qəbul etməli?


10 qr quru bitkinin üzərinə 1 stəkan qaynar su əlavə edib, 40 dəqiqə dəmə qoyursuz. Süzüb, alınan məhlulu gündə 6 dəfə olmaqla yeməkdən sonra 1 xörək qaşığı olmaqla içib bitirirsiz.


10 yaşından yuxarı uşaqlara vermək olar.

Hamilələr ehtiyatlı olsun.

Dazıotu təkcə əsəblər üçün yox, mədə-bağırsaq, böyrəklər, ginekoloji orqanların iltihabı üçün də əvəzsizdir