Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əsəb sisteminiz niyə zəifdir? – Nevrastenyanız var

  • 2020.11.09 15:33
  • 6151 Baxış
Əsəb sisteminiz niyə zəifdir?  – Nevrastenyanız var

Artıq çox insan şikayətlənir: Sinirlərim pozulub. Əsəblərim dözmür. Əsəb sistemim zəifdir. Çox əsəbiyəm.

Sinir və əsəb sisteminin zəif olmasının tibdə adı Nevrasteniyadır.

Nevrasteniya – yunan dilindən sinir əsəbiliyi, zəif sinirlər deməkdir.

Psixoloji ensiklopediyada isə belə izah edilib:

“Nevrasteniya – nevrotik pozulma, xəstəlik olub, yüksək yorğunluq, tükənmə, qıcıqlanma, təşviş, depressiya,baş ağrısı, diqqət azlığı, sevinmək hissinin azalması, daim fikirli olmaq, təşviş, hətəcan, yuxu pozulması ilə gedir.

Bu vəzyyət güclü, uzun müddətli emosional psixi stress və ya xəstədə digər güclü xəstəlik, məsələn, infeksiyalardan sonra yarana bilər.

Beynəlxalq xəstəliklər təsnifatında Nevrasteniya MKB 10, F 48.) kodu altında yerləşir və müalicəyə mütləq göstərişdir.
Yəni öz-özünə keçəcək, döz, gözlə və ya sadəcə sakitləşdirici içməklə bu problem çözülən deyil. Çünki nevrasteniya xəstəlikdir.

Medicina.az nevrasteniyanın yaranma səbəbləri, kimlərdə ola biləcəyi və formaları barədə məlumat toplayıb.

Adətən 2 tip şikayətlər eşidilir və 2 tip insanda rast gəlinir:

- Yüksək zehni, əqli yorğunluq- ofis işində çalışanlar, sosial aktiv insanlar, beynini işi ilə bağlı çox yoran insanlar

- Yüksək fiziki yorğunluq – fəhlələr, ağır işdə çalışanlar, idmançılar – bu zaman bədən yorulur və ən yüngül fiziki gərginliyə belə dözümü olmur
-

Nevrasteniyada bu simptomların ən azı 5-i olmalıdır.


- Əzələ, sümük ağrıları – bu zaman sümüklər ağrımr, sadəcə xəstəyə elə gəlir
- Baş hərlənmə, küçədə müvazinətin bəzən itməsi
- Baş ağrıları

- Yuxu pozulması
- Rahatlana bilməmək, bədənin gərgin yığılması
- Dispepsiya – mədə, bağırsaq, həzmdə pozulma

- Qıcıqlanma, hər xırda şeyə əsəbləşmək
- Gülməmək, sevinə bilməmək
- Basdırılmış təşviş

- Hisslərin soyuması

Nevrasteniyanın yaranmasının bu səbəbləri var: - psixogen, somatik, orqanik, ekzogen faktorlar

Orqanik səbəbləri istisna etmək üçün xəstə nevroloq və manual terapevtin müayinəsindən keçməlidir. Bu zaman xəstənin baş, beyin, sümük, bel, çanaq hissədə hər hansı travma alıb –almaması, anadangəlmə sinir, nevroloji xəstəliyin olması araşdırılır.

Ümumiyyətlə, nevrasteniyanın müayinəsi nevroloq tərəfindən aparılır.

Əgər xəstə sonradan ciddi zərərli vərdişlərə qurşanıbsa, onu da aşkarlamaq lazımdır: içki, narkotika, zərərli iş, müxtəlif psixotrop dərmanların qəbulu

eləcə də müxtəlif istehsalat müəssisələrində, kustar sexlərdə, məsələn, benzin doldurma məntəqəsi, tikinti yeri, benzin, zərərli tüstü olan yerlər, taxta yonma, lak, boya, yapışqan maddələrlə işləmə ilə çalışanlarda da nevrasteniya riski yüksəkdir.

Nevrasteniya vaxtında üzərinə düşülərsə, geri dönən vəziyyyətdir, müalicəsi var. Ümumiyyətlə, bu psixi pozulma müvəqqəti düzəlmə, residiv və tam yaxşılaşan, itən problemdir.