Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əsas sual budur ki, yeni pandemiya nə zaman və harada başlayacaq? - Sabiq prezident

  • 2024.03.15 16:01
  • 1059 Baxış
Əsas sual budur ki, yeni pandemiya nə zaman və harada başlayacaq? -  Sabiq prezident
Növbəti pandemiya hələ də problem olaraq qalır.

Medicina.az xəbər verir ki, bunu Xorvatiyanın sabiq prezidenti Kolinda Grabar-Kitarovic XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Hər kəs üçün sağlamlıq” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

“Əsas sual budur ki, yeni pandemiya nə zaman və harada başlayacaq? Biz buna etinasız yanaşırıq. Bir çox məsələlər bəşəriyyətin gələcəyini sual altında qoyur. Növbəti pandemiyadan dünyanı necə qoruyacağımız gündəm məsələsi olaraq qalır.

Pandemiyanın monitorinqi qurulmalıdır. Hər bir dövlət özünüqiymətləndirmə aparır. Müsbət tərəflər deyildi, lakin zəif tərəflər gizlədildi. Pandemiyanın qarşısını almaq üçün zəif yönlər aradan qaldırılmalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir. (Trend)