Evdar qadınların evdə özləri üçün müəyyən etdikləri bir sıra kiçik qaydalar mövcuddur ki, bunlardan biri də əşyaların saxlanma yerləridir. Mütəxəssislər araşdırma apararaq müəyyən ediblər ki, bəzi ərzaqlar yanlış yerə qoyulduğundan, daha tez xarab olurlar.
Medicina.az o ərzaqlardan bəzilərini təqdim edir:
Fındıq
Çox adam fındıq kimi çərəzləri mətbəx şkafında saxlayır, amma mütəxəssilərə görə, bu cür meyvələrin uzun müddət xarab olmadan qalması üçün soyuducuda saxlamaq tələb olunur.
Un
Unu istifadə etdikdən sonra öz paketində saxlamanız məsləhət deyil. Yaxşı olar ki, unu havakeçirməyən bir qaba tökəsiniz. Unu plastik paketdə saxlamaq tərkibində bakteriya yaranmasına səbəb olur.
Avokado
Yetişməsi üçün avokadonu çalışın ki, soyuducudan kənarda saxlayasınız.
Yumurta
Bir çoxları yumurtanı soyuducunun qapısında saxlayır. Amma qeyd etmək lazımdır ki, həmin yer yumurta saxlamaq üçün ən uyğun olmayan yer hesab olunur. Mütəxəssislərin sözlərinə görə, soyuducunun qapısının tez-tez açılıb bağlanması səbəbindən temperatur fərqi yaranır ki, bu da yumurtaların tez xarab olmasına səbəb ola bilər. Yumurtalar temperaturun sabit olduğu yerlərdə saxlanmalıdır.
Arzu
Medicina.az