Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ərzaq məhsullarında insan DNT-si aşkarlanıb

  • 2018.03.14 10:09
  • 11689 Baxış
Ərzaq məhsullarında insan DNT-si aşkarlanıb
Genetik quruluşu dəyişdirilmiş bir bakteriya xəstəliyə yol açırsa, bitki, heyvanın genetik qurluşu dəyişdirilib yeni xüsusiyyətlər meydana gəlirsə, insanda bu dəyşikliklərin baş verməməsinə kimsə zəmanət verə bilməz.


Medicina.az xəbər verir ki, insan genomu həssaslığını və məlumatların bir neçə gen tərəfindən ötürülməsini nəzərə alsaq, kiçik bir dəyşiklikdən insan DNT-sində yeni özəllik yaranır. 


Mutasiyaya uğradılan virus və bakteriyaların laboratariyada elektrofarez cihazı ilə çoxaldılaraq yeni xüsusiyyətlər qazanan virusların müxtəlif yollarla hava axınına buraxılır və bundan sonra dərman və peyvəndlər istehsal edilir. 


Bir çox ölkələrdə ət məhsullarının, sosiskaların tərkibinin araşdırılması zamanı insan DNT-si aşkar olunması və bu hadisədən sonra bir çox dövlətlərdə qida təhlükəsizliyini və yerli istehsalı gücləndirmək zərurəti yaranır. 


Ərzaq məhsullarında insan DNT-sinin olması hansı anlama gəlir? 


Alimlər müasir dünyanı təhdid edən 3 əsas təhlükəni bu cür sıralayır: nüvə silahı, azon dəliyi və geni dəyişdirilmiş orqanizmlər. 


Bəli, GMO-lar bəşəriyyətin sonunu yaxınlaşdıran silah kimi xarakterizə edilir. Xəstəliyə davamlı olması üçün kartofa əqrəb geni vurulur. Pomidora və çiyələyə köçürülən balıq geni isə onları soyuqdan və şaxtadan qoruyur. Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar. Ümumilikdə, dünyada 23 bitkinin 383 geni dəyişdirilən sortu yetişdirilir. Bu siyahıda birinci yeri 133 növlə qarğıdalı tutur. Genetik modifikasiya ilə hətta canlıların xarici görünüşünü də dəyişmək mümkün olub. Məsələn, təbii rəngi ağ-qara olan zebra balıqları gen dəyişdilməsi ilə müxtəlif rənglərə boyanır. Bu yolla qızılgülün, siçovulların və müxtəlif tərəvəzlərin də rəngi və ölçüsü dəyişdirilir. Beləliklə GMO-ların insan orqanizminə təsiri də qaçılmazdır. Geni dəyişdirilmiş məhsullar sonsuzluq, maddələr mübadiləsinin pozulması, xərçəng və autizm xəstəliklərinə səbəb olur. Heyvanlar üzərində aparılan təcrübədə konkret nəticələrlə yekunlaşıb. 2 il ərzində geni dəyişdirilmiş qarğıdalı ilə qidalanan siçanın sinəsində bədxassəli şiş əmələ gəlib. Tədqiqatın nəticələri bütün dünyada əks-səda doğurub.