Ermənistanda son sutkada daha 1 027 nəfər COVID-19-a yoluxub.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 181 168-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 3 301-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 848 nəfərdir. İndiyədək 167 186 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 9 830 aktiv koronavirus xəstəsi var.