Ermənistanda daha 2 210 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 101 773-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 30 nəfər artaraq 1 506-ya çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 397-a yüksəlib. İndiyədək 61 782 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 38 088 aktiv koronavirus xəstəsi var.