Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 114 yoluxma halı qeydə alınıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada 7 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2775 nəfərə çatıb.
Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 157 948 nəfər təşkil edir.