Ermənistanın Gümrü şəhər yolxucu xəstəliklər hospitalına sibir yarası simptomu ilə 7 nəfər yerləşdirilib.
Medicina.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Şirak vilayətinin Anin rayonunun İsaakyan kəndinin icra nümayəndəsi Artavazd Arsenyan bildirib.
Onun sözlərinə görə, kənddə 6 iri buynuzlu və 1 xırdabuynuzlu heyvanda sibir yarası (qara yara) simptomları aşkarlanıb.
A.Arsenyan bildirib ki, kəndin 7 sakini hospitala yerləşdirilib: “Bu gün yeni hadisə qeydə alınmayıb”.
Qara yara simptomu ilə hospitala yerləşdirilənlər heyvan otarıb, qəssablıqla məşğul olublar.