Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ermənistanda qan çatışmazlığı - Əhaliyə müraciət olundu

  • 2020.11.06 13:59
  • 1131 Baxış
Ermənistanda qan çatışmazlığı - Əhaliyə müraciət olundu

Ermənistanda qan bankının doldurulması məqsədilə növbəti dəfə vətəndaşlara müraciət olunub.

"Sputnik Armenia" yazır ki, bu müraciət Ermənistan səhiyyəsində ciddi qan böhranının yaşanmasını ortaya qoyub.

Yolyana adına Hematologiya Mərkəzin mürciətində qeyd edolunur ki, təcili olaraq I, III və IV qruplar üzə qana ehtiyac var. Mövcud vəziyyət Ermənistan və işğal olunmuş Dağlıq Qarabağda ermənilər arasında təlaşın hökm sürməsini göstərir.

Azərbaycan Ordusunun əks hücumları zamanı erməni tərəfinin verdiyi itkilər səbəbindən kəskin “qan çatışmazlığı” yaranıb. Bu onu göstərir ki, Ermənistan ordusunun açıqladığı 1200 hərbçinin ölümü heç də həqiqəti əks etdirmir, reallıqda düşmən tərəfin itkiləri dəfələrlə çoxdur.