Ermənistanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, virusa yoluxmuş 72 yaşlı şəxs xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Ermənistanda indiyədək 290 nəfər koronavirusa yoluxub. Ölkədə fövqəladə vəziyyət elan edilib.