Ermənistan hökuməti ölkədə koronavirusla əlaqədar tətbiq edilən fövqəladə vəziyyəti yenidən uzadacaq.
Medicina.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yayıb. Qəzet ölkədə fövqəladə vəziyyət rejiminin dekabra qədər davam edəcəyini yazıb.
Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejimi martın 14-dən tətbiq edilir.