Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ermənistanda “donuz” qripindən ölənlərin sayı 3-ə çatıb - Bir ailənin bütün üzvləri yoluxub

  • 2019.01.22 17:47
  • 6735 Baxış
Ermənistanda “donuz” qripindən ölənlərin sayı 3-ə çatıb -  Bir ailənin bütün üzvləri yoluxub
Ermənistanda bir ailənin bütün üzvləri - ata, ana və 3 övladı "donuz qrpinə” yoluxub.


Medicina.az "Report” istinadən xəbər verir ki, bu məlumatı "Tert” yayıb.


Bildirilib ki, ailə üzvləri "Nairi” Tibbi Mərkəzinə yerləşdiriliblər.


Mərkəzin direktoru Anatoli Qnuni isə bildirib ki, hazırda "Nairi”də "H1N1” virusuna yoluxan bir nəfər var.


"Tert”ə hadisə ilə bağlı başqa "Arabkir” adlı Tibbi Mərkəzindən də məlumat verməyiblər.


Məlumata əsasən, son günlər Ermənistanda A/H1N1 virusu geniş yayılıb. Ölkədə bu xəstəlikdən 3 nəfər ölüb. Bununla belə Ermənistanın Səhiyyə Nazirliyi əminliklə xəstəliyin miqyasının azaldığını bildirib.