Ermənistanda daha 1 042 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 107 466-ya yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 21 nəfər artaraq 1 580-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 407-yə yüksəlib. İndiyədək 64 910 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 40 569 aktiv koronavirus xəstəsi var.