Ermənistanda son sutkada daha 191 nəfər COVID-19-a yoluxub.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 011-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 158-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 797 nəfərdir. İndiyədək 161 790 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 266 aktiv koronavirus xəstəsi var.