Ermənistanda koronavirusun “Delta” və “Britaniya” ştammlarına yoluxma halları aşkar olunub.
Medicina.az əbər verir ki, bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, COVİD-19 infeksiyası üçün test nümunələrinin molekulyar-genetik tədqiqatı həyata keçirilib.
“Tədqiqat zamanı araşdırılan 30 nümunədən 4-də “Britaniya”, 25-də isə “Delta” ştammı aşkarlanıb”, - deyə nazirliyin məlumatında vurğulanıb.