Ermənistanda son sutkada 136 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 169 391-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 3 150-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 792 nəfərdir. İndiyədək 161 348 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 101 aktiv koronavirus xəstəsi var.