Ermənistanda son sutkada koronavirusa 181 yoluxma qeydə alınıb.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 213 469-a çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 22 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 040 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 194 900 nəfər sağalıb. Hazırda 13 527 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.