Ermənistanda daha 984 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 118 870-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 23 nəfər artaraq 1 811-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 463-ə yüksəlib. İndiyədək 78 343 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 38 253 aktiv koronavirus xəstəsi var.