Ermənistanda son sutkada 173 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
“medicina” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 901-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 071-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 766-ya yüksəlib. İndiyədək 157 314 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 5 750 aktiv koronavirus xəstəsi var.