Ermənistanda daha 2 374 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 97 150-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 35 nəfər artaraq 1 448-ə çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 389-ə yüksəlib. İndiyədək 58 811 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 36 502 aktiv koronavirus xəstəsi var.