Ermənistanda daha 1 476 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 132 346-нф yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 2 090-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 527-yə yüksəlib. İndiyədək 105 149 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 24 580 aktiv koronavirus xəstəsi var.