Ermənistan prezidenti Armen Sarkisyanın səhhətindəki vəziyyət ağırlaşıb.
Bunu Ermənistanın Prezident Aparatının Mətbuat xidməti açıqlayıb.
“Koronavirusun yeni növünə yoluxan və evdə müalicə alan prezident Armen Sarkisyan xəstəxanaya yerləşdirilib. Prezident Sarkisyanın yüksək hərarət və ikitərəfli pnevmoniya da daxil olmaqla, xəstəliyə xas simptomları var”, - Mətbuat xidməti bildirib.