Ermənistan Premyer Liqasında IX turun "Ararat" - "Alaşkert" və "Pünik" - "Noa" oyunları təxirə salınıb.
Medicina.az xəbər verir ki, buna qonaq komandaların heyətində koronavirusa yoluxma faktlarının aşkarlanması səbəb olub.
"Alaşkert"in 4, "Noa"nın isə 9 oyunçusunda analizin nəticəsi müsbət çıxıb.
Qeyd edək ki, daha əvvəl "Noa" - "Lori" matçı da eyni səbəbdən baş tutmayıb.