Erməni həkim koronavirusdan ölüb.
Medicina.az xəbər verir ki, Rusiya vətəndaşı olan professor, 69 yaşlı Arpik Asratyan 5 gün öncə yüksək temperatur və tənəffüs problemi ilə bağlı xəstəxanaya aparılıb.
Xəstəxanada qadına koronavirus testi edilib və nəticə pozitiv olub.
Astaryanın son zamanlarda xarici səfərlər etmədiyi də bildirilib.
Qeyd edək ki, Asratyan hepatit virusunun müalicəsi üzrə Rusiyanın məşhur mütəxəssisi idi.