Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecində “Erkən nikah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri baş tutub.
"Medicina" xəbər verir ki, tədbir “Azərbaycan Maarifçi Gənclər Təşkilatı” tərəfindən həyata keçirilib.
Layihənin başlıca məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını gənclərə aşılamaqdır.
Tədbirlərdə gənclərə layihə məlumatları olan köynəklər və papaqlar, hədiyyələr təqdim olunub. Layihə çərçivəsində 10 qrup olmaqla 100 nəfər gənc maarifləndirilib.
Aygün M