Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Erkən menopoz qadınlarda bu xərçəng növlərinə tutulmaq riskini dəfələrlə artırır

  • 2024.06.05 14:14
  • 811 Baxış
Erkən menopoz qadınlarda bu xərçəng növlərinə tutulmaq riskini  dəfələrlə artırır
Tədqiqatlar göstərir ki, erkən menopoz keçirən qadınların yumurtalıq xərçənginə tutulma ehtimalı təxminən 4 dəfə çoxdur.

Medicina.az xəbər verir ki, bu qadınların döş xərçənginə tutulma ehtimalı isə iki dəfə artır.

Yuta Sağlamlıq Universiteti tərəfindən aparılan araşdırma bu risklərin 40 yaşından əvvəl menopoz dövrünə keçən qadınlarda artdığını üzə çıxarıb.

Tədqiqat erkən menopozun qadınlar üçün kolon xərçəngi riskinin artmasının göstəricisi ola biləcəyini də müəyyən edib.

Tədqiqatçı Korrin Uelt deyir ki, erkən menopozdan keçən və ya yumurta sayının az olması səbəbindən sonsuzluq yaşayan qadınlar, xüsusən də ailələrində xərçəng xəstəsi varsa, müntəzəm olaraq döş xərçəngi müayinəsindən keçməlidirlər.

“Daxili xəstəliklər, ginekologiya və sonsuzluğun müalicəsində ixtisaslaşan həkimlər bilməlidirlər ki, erkən menopoz bir sıra xəstəliklərin riskini artırır və süd vəzi xərçəngi də bunlardan biridir”.

Bildirilir ki, tədqiqatçılar araşdırma çərçivəsində 1995-2021-ci illər arasında ilkin yumurtalıq çatışmazlığı olan 613 qadının və erkən menopoza qədəm qoyan 165 qadının tibbi qeydlərini təhlil ediblər. Məlumatlar Yuta ştatında əhalinin 85 faizinə xidmət edən iki səhiyyə sistemindən əldə edilib. Tədqiqatçılar Yuta Əhali Məlumat Bazasından istifadə edərək qohumların tibbi vəziyyətlərini təqib ediblər, həmçinin Yuta Xərçəng Reyestrindən əldə etdikləri məlumatları analiz ediblər.

Qeyd edək ki, hazırda döş xərçəngi ilə bağlı ən qorxulu vəziyyətlərdən biri Böyük Britaniyada yaşanır. Britaniyada hər 7 qadından biri həyatının bir mərhələsində döş xərçənginə tutulur, hər 10 dəqiqədən bir qadına döş xərçəngi diaqnozu qoyulur.
Döş xərçəngi İngiltərədə ən çox yayılmış xərçəng növüdür və xəstəlik hər il təxminən 11 500 qadının həyatına son qoyur.


Aysel