Erkən doğulmuş körpə nə deməkdir?
Hamiləliyin 37-ci həftəsindən əvvəl doğulan körpələr vaxtından əvvəl və ya erkən doğulmuş hesab edilir. Erkən doğulmuş körpələrı əlavə qayğı lazımdır, onların tənəffüs və digər sistemləri evə getmək üçün kifayət qədər güclənənə qədər neonatal inkubatorda diqqətli nəzarət lazımdır.
Erkən doğumun saysız-hesabsız səbəbi var; lakin bu, gələcək hamiləliklərin eyni cür olacağı demək deyil. Qeyd edək ki,ilk körpəsi vaxtından əvvəl olan on anadan doqquzu sonrakı hamiləliyini təhlükəsiz olaraq 37 həftədən çox daşıyır.
Sizin vaxtından əvvəl doğulmuş uşağınızla yaxınlığınız
Hətta ən erkən doğulmuş körpələr də sizin qoxu və səsinizi tanımağa qadir olurlar. Siz hələ onu qucağınıza tam götürə bilməsəniz də, ona söhbət etmək və yaxın oturmaq sizin aranızda yaxınlıq qurmağa kömək edəcək. Körpəni masaj etməyə icazə verilrsə, bu hər ikinizin rahatlıq mənbəyi ola bilər. Sizin körpəni ziyarətiniz emosional təcrübə ola bilər və bu acizlik və narahatlıq hissləri çox təbiidir, lakin tezliklə körpəniz evdə, qucağınızda olacaq.
Erkən doğulmuş körpənin inkişafı
Adi inkişaf mərhələləri vaxtından əvvəl doğulan körpələrə şamil edilmir. Vaxtından əvvəl doğulmuş uşaq təbii olaraq ilk həftə və ya aylarında bəzi çətinliklərlə üzləşirlər. Amma vaxtından əvvəl doğulmaq heç də həmişə sonrakı inkişafa təsir etmir. Körpənin inkişafı sizin nə qədər hamilə qalmağınızdan və bir çox digər amildən asılı olacaq. Sevgi və təşviq ilə, sizin körpəniz zamanla həmin mərhələlərə çatacaq.
Ana südü ilə qidalandırmaq və erkən doğulmuş körpələr
Sizin körpəniz əmizdirmək üçün çox erkən doğulubsa, südü sağmaq körpənin ehtiyacı olan əsas qidanı təmin etməyin ən yaxşı yoludur, ana südü onun immunitetini də gücləndirəcəkdir. Körpəni qucaqlamaq və yaxınlıq süd ifrazını stimullaşdıra bilər və körpə yaxınkən əl ilə sağa bilərsiniz.
Mama-Ginekoloq Dr. Sevinc Qehremanova