Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ərinin həmcinsi ilə videosu yayılan qadın: Məhkəməyə sübut üçün çəkmişdim...

  • 2022.06.14 16:20
  • 4087 Baxış
Ərinin həmcinsi ilə videosu yayılan qadın:   Məhkəməyə sübut üçün çəkmişdim...


“Bir ildən artıqdır rəsmi şəkildə boşansaq da, uşaqları mənə vermirdilər, 5 aydan çox idi ki, övladlarımın üzünü görmürdüm”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında bir neçə gün əvvəl həmcinsi ilə birlikdə videosu yayılan şəxsin keçmiş həyat yoldaşı S.Ağayeva (şərti) deyib.


Rayonlardan birində yaşayan qadın əlavə edib ki, görüntülərin sosial şəbəkələrdə, xüsusilə vatsapda kütləvi yayılmasından sonra övladlarını yaşadığı evə gətirə bilib: “Bu görüntülərin yayılması hər birimiz üçün böyük zərbədir. Həmin video 1 ildən çox olar ki, çəkilib və məhkəməyə, eləcə də digər hüquq-mühafizə orqanlarına təqdim etmişəm. Lakin görüntüləri birmənalı olaraq deyə bilərəm ki, mən yaymamışam və belə olmasını da istəməzdim. Uşaqlarımın taleyinə gəlincə, video yayılandan sonra məktəbin qarşısına gedib övladlarımı evə gətirdim. Halbuki neçə ay idi rəsmi şəkildə məhkəmə qətnaməsi olsa da, yəni hər iki uşaq mənim himayəmə verilsə də, ataları övladlarımı mənə vermirdi. Keçmiş qayınanam hər dəfə məktəbin qarşısında dava salıb uşaqları özü ilə aparırdı”.

S.Ağayeva əlavə edib ki, övladlarının ona verilməsi ilə bağlı məhkəmə qərarının icra edilməməsinə görə apellyasiya şikayəti verib:


“Apellyasiya şikayətində 2014 və 2016-cı il təvəllüdlü uşaqların mənə verilməsinə dair qətnamə olsa da, bunun icra edilmədiyini bildirmişəm. Həmçinin keçmiş həyat yoldaşım aylardır uşaqlara görə təyin edilmiş alimenti ödəmir, səhv etmirəmsə 1200 manata yaxın aliment borcu yığılıb”.

Qeyd edək ki, qadının bir il əvvəl çəkdiyi video məhkəmədə sübut kimi dəyərləndirilib.
Videodakı şəxsin isə yaşadığı bölgədə müğənnilik və falçılıq etdiyi deyilir.