59 yaşlı qadın ərinin xoruldamasının az qala qurbanına çevriləcəkdi.
Medicina.az xəbər verir ki, Moskvaya səfərə gələn Braziliyalı ər-arvad yeyib-içdikdən sonra otelə qayıdıb. İçkili olan kişi dərhal yuxuya gedərək möhkəm xoruldamağa başladıqda, qadın rahat yatmaq yolunu yuxu dərmanı atmaqda görür.
Preparatın dozasının çoxluğu və yaxud içki ilə reaksiyasından qadın ağır zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılır.
Reanimasiyaya yerləşdirilən qadın həkimlərin səyi nəticəsində xilas edilib.
Qadın bildirib ki, aylardır kişinin xorultusuna qarşı bu yolla mübarizə aparır, əks təqdirdə o bir gecə də yata bilmir.