Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əri ilə davadan sonra “ürəyi çatlayan” qadın xəstəxanalıq oldu

  • 2025.01.17 19:55
  • 224 Baxış
Əri ilə davadan sonra “ürəyi çatlayan” qadın     xəstəxanalıq oldu
Moskvada əri ilə mübahisədən sonra “ürək qırılma” sindromu yaşayan qadın xəstəxanaya yerləşdirilib.


“Medicina” xəbər verir ki, mübahisədən sonra əsəbləşən qadında hava çatışmazlığı, ürəkbulanma, baş dönməsi hiss edib.


Təcili yardım ilkin olaraq qadına miofarkt infarktı diaqnozu qoyub.
15 saylı şəhər xəstəxanasında isə kardioloqlar digər diaqnozu aşkarlayıb.

Xəstədə qırılmış ürək sindromu – stresə bağlı kardiomiopotiya aşkarlanıb.
Həkimlər bildirib ki, bu zaman ürəkdə güclü emosiyalardan damar spazmı və dəyişiklikləri baş verir. Adətən qadınlarda həyəcan, qışqırmaqdan ürək əzələsi qəfil zəifləyir, neqativ əlamətlər başlayır.


Xüsusən menopauza, klimaks dövründə olan qadınlar daha həssasdır.


Soyuq, stres, qorxu, bərk həyəcan damarların qəfil spazmına səbəb olur və təzyiq aşağı düşür. Çox zaman xəstə və həkimlər belə bunu infarktla səhv salır.
Sindrom özü də kifayət qədər ciddidir və müalicə tələb edir.

Aygün Musayeva