Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ereksiyaya qarşı allergiyası olan gənc kişi – Qadınlardan qorxur

  • 2020.01.21 16:41
  • 2636 Baxış
Ereksiyaya qarşı allergiyası olan gənc kişi –  Qadınlardan qorxur

25 yaşlı gənc oğlan eakulyasiyaya qarşı allergiya kimi nadir pozulmadan əziyyət çəkirdi. O, bu barədə heç kimə deyə bilmədiyindən, cinsi münasibətdən qorxub qaçırdı.

Medicina.az xəbər verir ki, bu nadir kliniki fakt barədə Harvard Universitetinin alimləri Urology dərgisində məlumat verib.
Gənc kişi etiraf edib ki, bu simptomdan 16 yaşından əziyyət çəkir.

Belə ki, pasiyentdə fərqi yoxdur, masturbasiya, cinsi əlaqə zamanı eakulyasiyabaş verdikdən sonra panik atak keçirir, əzələləri qıc olur, huşu dumanlanır, diqqətini cəmləyə biımir və nitqi tutulur.

Simptomlar 10-15 dəqiqədən 3 günə kimi çəkə bilir.

Buna görə depressiyaya düşən oğlan özünə qapanmış, qızlardan uzaq gəzərək, təhsili və işi uğursuz olmuşdur.
Bu problemə görə oğlan mastirbasiya etməməyə, qadınlarla əlaqə zamanı isə aktı sona kimi çatdırmamağa çalışıb. Nəticədə oğlanda cinsi pozğunluq yaranıb və o 2 ayda cəmir 1-2 dəfə orqazm olurdu.

Xəstəliyi ilə bağlı psixiatra müraciət edib, antidepressantlar qəbul edən xəstəyə bunlar kömək etməyib.

Klinikaya müraciət edən xəstəyə “Orqazm sonrası sindrom”- POİS diaqnozu qoyulub. Tibdə nadir rast gəlinən xəstəlik zamanı insanda eakulyasiyaya allergiya baş verir. Dünyada POİS-dən əziyyət çəkən 50 nəfər məlumdur. Bunun bioloji səbəbləri məlum deyil. Fərziyyələrdən bir neçəsi spermanın tərkibindəki bir maddəyə qarşı allergiya, autoimmun səbəblər, hormonal pozuntudur.

Bu xəstəyə XQÇ adlı xüsusi inyeksiya təyin olunur. Buna tibdə hamiləlik hormonu da deyilir. 6 həftəlik müalicədən sonra oğlanın qanında əsas kişi hormonu testosteron səviyyəsi qalxmış, POİS əlamətləri ilə tamamilə itərək bir daha baş verməmişdir. 16 yaşından etibarən bu vaxta kimi gənc kişi ilk dəfə idi ki, imtim münasibətdən normal fiziki və emosional həzz ala bilib.