Birləşmiş Ərəb Əmirliklərində Thumbay Group şirkətinin virtual Tibbi Universitetinin açılışı olacaq.
Medicina.az xəbər verir ki, universitet bütün Fars körfəzini əhatə edəcək.
Belə ki, Fars körfəzində olan müxtəlif laboratoriya, tibb müəssisəsi və universitetləri metakainat proqramına keçəçək. Bu da tələbələrə virtual olaraq bu müəssisələrin işinə qoşulmaq, öyrənmək imkanı verəcək.
Tələbələr virtual aləmdə öz avatarlarını yaradacaq.
Onlar virtual pasiyentlər üzərində təcrübə keçəcək, 3D laboratoriyaların qurulmasında iştirak edəcəklər.
Kompaniya tam təşkil olunmuş virtual hospital da açacaq. Burda süni intelektin son texnologiyaları tətbiq olunacaq.
Pasiyentlər burda avatar açıb, həkimlərə müraciət edəcək.
Evdən çıxa bilməyən əlil insanları evdə virtual olaraq müalicə edəcəklər.
Apteklər əvvəlcədən məlumatlandırılacaq ki, pasiyent hansı preparat üçün gəlib.
Tibbi xidmətlərin dəyərini kriptovalyuta ilə ödəmək mümkün olacaq.
Aygün Musayeva