Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ərdoğana vaksinin ikinci dozası vuruldu

  • 2021.02.11 16:44
  • 1753 Baxış
Ərdoğana vaksinin ikinci dozası vuruldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndinin ikinci dozası ilə aşılanıb.

Medicina.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Dövlət başçısı yanvarın 14-də peyvəndin birinci dozası ilə vaksinasiya olunub.

Qeyd edək ki, Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində "CoronaVac" vaksininin tətbiqinə icazə verib.