Ərdoğanı koronavirusdan termal kameralarla qoruyurlar.
Medicina.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün AKP-nin Türkiyə Böyük Millət Məclisində qrup toplantısı keçirilib.
Ərdoğan millət vəkilləri ilə söhbət edən zaman bir neçə nəfərlik heyət də termal kamera ilə dövlət başçısının ətrafındakı insanları izləyib.
Bu tədbirin davamlı olacağı da qeyd edilib.
Xatırladaq ki, Türkiyədə koronavirusa ilk yoluxma faktı bu gün qeydə alınıb. Xəstə Avropadan qayıdan Türkiyə vətəndaşı bir kişidir.