Xərçəng xəstəliyindən əziyyət çəkən müğənni Nuray Hafiftaşın əməliyyat və müalicə xərclərini prezident Rəcəb Tayyib Ərdoğan üzərinə götürüb.
Medicina.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident köməkçisi bu barədə xəstəxananı məlumatlandıraraq sənətçini nəzarətdə saxladıqlarını bildirib.
Nuray Hafiftaşın yoğun bağırsağında başlamış xərçəng qara ciyərinə metaztaz verib və müalicəsinə çoxlu vəsait lazımdır.