Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ər və arvadda eyni vaxtda süd vəzi xərçəngi tapıldı – Qeyri-adi olay

  • 2018.10.23 16:47
  • 9514 Baxış
Ər və arvadda eyni vaxtda süd vəzi xərçəngi tapıldı –  Qeyri-adi olay
Süd vəzisində şiş olduğunu ilk dəfə ər – 75 yaşlı Ken Qremlinq aşkara çıxardı. 2017-ci ilin sonunda süd vəzi giləsindən qanlı axıntı gələn kişini müayinə edən həkimlər onda xərçəng aşkarlayıb, əməliyyat etdilər.


Medicina.az xəbər verir ki, ABŞ-da yaşayan ər-arvad hər ikisi eyni vaxtda eyni xərçəngdən müalicə olunub. Ərindən 6 ay sonra qadında, 66 yaşlı Ceyn Qremlinqdə mammoqrafiya müayinəsində şiş aşkarlanır. Qadında da əməliyyat aparılır.


Hər ikisində şiş ilkin mərhələdə aşkarlandığından metastaz verməmişdi. Həkimlər müalicə boyu ər-arvadın bir-birinə güclü dəstək verməsi nəticəsində onların qısa müddətə sağaldığını da bildirir.