Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ər arvada pul vermirsə, iqtisadi şiddətdir və boşanmaya əsasdır – Ekspertlər

  • 2024.10.22 18:34
  • 300 Baxış
Ər arvada pul vermirsə, iqtisadi şiddətdir və boşanmaya əsasdır   –  Ekspertlər

Türkiyə və bir sıra ölkələrdə qadına fiziki, mənəvi, psixoloji şiddətlə yanaşı iqtisadi şiddət mövzusu da məhkəmələrdə müzakirə mövzusudur.


“Medicina” xəbər verir ki, psixoloqlar ərdən maddi baxımdan asılı olan qadına ehtiyacları üzrə xərclik və pulun verilməməsini ikitərəfli şiddət hesab edilir.


Belə ki, qadın ərin istəyi ilə işləməyə bilər, hamilə və ya analıq məzuniyyətində ola bilər, bu zaman onun cari xərcləri üçün lazım olan müəyyən miqdarı həyat yoldaşı ödəməlidir.

Ekspertlər bildirir ki, bu xərclər minimum, maksimum həddə evliliyin ilk ayında müzakirə olunur və bundan sonra kişi ayda 1-2 dəfə bu məbləği ödəməyə öhdəçilik götürür.


Evə bazarlıq edirəm, pulum yoxdur, ümumi xərcdən götür, sənə xərcləmək artıqdır, buna pul çatmır, özün tap, başqasından al, qənaət et kimi fikirlər iqtisadi və psixoloji şiddət hesab edilir.


Çox zaman qadınlar bunun ailənin yazılmamış qanunu olduğunu güman edir, utanır, qüruruna sığışdırmır və ya vəziyyətin düzələcəyinə ümid, bəzi şərtlərə dözür, analıq məzuniyyətindən çıxıb işləyəcəyi günü gözləyir.


Ailə psixoloqlarının sözlərinə görə, ailədə iqtisadi məhdudiyyət şiddət effektinə bərabərdir, qadınların psixoloji çökməsinə səbəb olur, onlarda özgüvəni azaldır, eləcə də xarici görünüşlərinə, gigiyena və sağlamlıqlarına pul ayıra bilmədikləri üçün depressiyaya düşür, özünə nifrət edir, əvvəlki təravətini itirir və getdikcə ailə həyatına, ərinə qarşı aqressiv davranış sərgiləyir.




Mütəxəssislər bildirir ki, qadınlar kişidən maddi asılıdırsa, qanun çərçivəsində də öz cari xərcləri üçün maddi dəstək tələb edə bilər, eləcə də bu şiddət boşanmaya əsas ola bilər.

Aygün Musayeva