Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əqli zəifliyi 250% artıran faktor tapıldı

  • 2022.11.15 14:34
  • 1707 Baxış
Əqli zəifliyi 250% artıran faktor tapıldı

London universiteti alimləri sistematik tədqiqat aparıblar.

"Medicina" xəbər verir ki, alimlər şizofreniya, bir sıra psixotik xəstəlikləri olan insanların yüksək risk qrupunda olduğunu açıqlayıb.

Onlar 11 yüksək keyfiyyətli geniş araşdırmanı təhlil edib. 4 qitədə aparılan tədqiqatlar 13 milyon insanı əhatə edib.

Nəticələr göstərib ki, istənilən yaşda psixi xəstəlik aşkarlanan insanlarda qocaldıqda demensiya riski 250% dəfə artır. Bu fantastik rəqəmlərdir.

Eləcə də çoxsaylı, bir neçə psixi pozulması olan insanlarda risk daha yüksəkdir.

Əgər insan vaxtında depressiya, təşviş pozuntusu və travma sonrası vəziyyətləri müalicə etsə, qarşısını alsa 50% hallarda demensiyanı əngəlləyə bilər.

Psixi pozuntulu insanlar daha çox ürək-damar problemləri, piylənmə, diabetdən əziyyət çəkir.

Onlar daha çox siqaret, içki, psixotrop maddə və narkotikdən istifadə edir.

Psixi xəstəliklər beynin koqnitiv rezervini azaldır, bu da demensiyanı sürətləndirir.

Bunlar onu sübut edib ki, sağlam qocalıq keçirmək üçün psixi sağlamlığın qeydinə qalmaq lazımdır.

Aygün Musayeva